Xəzər Xəbər

Rusiya XİN-dən Avropa Liqasının final oyunu barədə açıqlama VİDEO

Veb TV | 18:57 • 5 İyun 2019
Rusiya XİN-dən Avropa Liqasının final oyunu barədə açıqlama

Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova Azərbaycanla bağlı bir sıra məsələlərə münasibət bildirib. O, avroliqanın final oyununun siyasiləşdirilməsi haqqında danışaraq qeyd edib ki, siyasiləşdirmə BMT tərəfindən qəbul edilən qaydalarla ziddiyyət təşkil edir. Mariya Zaxarova həmçinin hər iki ölkənin xarici işlər nazirlərinin görüşü haqqında da danışıb.

Bakıda keçirilən UEFAAvroliqa final oyunun siyasiləşdirmək cəhdlərinə Rusiyadan da reaksiya gəlib.

''İdman tədbirlərinin siyasiləşdirilməsi BMT tərəfindən qəbul olunan qaydalarla, həmçinin ölkələrarası ikitərəfli və çoxtərəfli razılaşmalarla ziddiyyət təşkil edir''.Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova ənənəvi olaraq keçirdiyi brifinqdə deyib.

Zaxarova vurğulayıb ki,idman birləşməyi təşviq edir, parçalanmağı yox.''Yada salmaq lazımdır ki, antik dövrdən etibarən belə bir ənənə mövcuddur ki, münaqişələrin qarşısını almaq üçün müxtəlif idman yarışlari təşkil olunur. Biz 21-ci əsrdə bu ənənəni yaşatmalıyıq"-deyə Zaxarova əlavə edib

Təhlükəsizlik məsələlərinə gəldikdə, rusiyali rəsmi qeyd edib ki, Bakını qorxulu şəhər adlandırmaq çətindir.Zaxarova söyləyib ki,böyük məmnuniyyətlə Bakıya səfər edir, nazirlik əməkdaşı kimi rəsmi və qeyri-rəsmi tədbirlərdə iştirak edir.''Son 10 ildə Azərbaycan paytaxtında baş verən müsbət dəyişiklikləri qeyd edə bilərəm. Bakı mənim məmnun qaldığım şəhərlər sirasındadır''-deyə o elavə edib

Mariya Zaxarovahəmçinin bildirib ki, Azərbaycan Xarici İşlər Nazirliyi ilə növbəti görüşün keçirilməsi ilə bağlı substantiv işlər aparılır. Onun özlərinə görə hər iki ölkənin diplomatları işgüzar səviyyədə əlaqələr saxlayırlar. və ölkələr arasında müxtəlif səviyyədə və formatda intensiv siyasi dialoq mövcuddur.

Rusiyalı rəsmi əlavə edib ki,bu əlaqələr nəinki ikitərəfli, eləcə də beynəlxalq münasibətlər səviyyəsində qorunur. Məsələn, Rusiya-Azərbaycan-Iran formatinda.''Hesab edirəm ki, bu format daha da genişləndirilməlidir. Qeyd etmək lazimdır ki, formatın genişləndirilməsi istiqamətində işlər aparılır. Azərbaycan Xarici İşlər Nazirliyi ilə növbəti görüşün keçirilməsi ilə bağlı substantiv işlər aparılır. Ölkələrarasi iqtisadi əməkdaşliq Hökumətlərarası Komissiya formatında davam etdirilir. İki ölkənin müvafiq qurumlari arasında müxtəlif növ məhsulların mübadiləsi üzrə əməkdaşliq həyata keçirilir".-deyə Zaxarova qeyd edib.

Xəbər lenti

Çox oxunanlar