Bu gün Azərbaycanda Ramazan Bayramı qeyd olunur. İnsanlar bayrama məscidlərdə bayram namazını qılmaqla başlayıblar. Bu səbəbdən səhər saatlarında bayram namazı üçün möminlər məscidlərə axın ediblər. Namazdan sonra bir-birlərini təbrik edən insanlar, bir-birlərinə dua ediblər, xoş arzularını bildiriblər.
Başlar səcdəyə qoyuldu, qəlblər Allaha açıldı. Səmimiyyətlə yoğrulan dualar dodaqlardan süzüldü.
11 ayın sultanı Ramazan ayına bayram namazı ilə yekun vuruldu. Paytaxt Bakıda məscidlər səhər saatlarında insanlarla dolub-daşdı.. Məscidin içərisi dolduğundan bəzi möminlər bayram namazını məscidin həyətində qılmalı oldular...
Bu görüntülər ''Təzə Pir'' məscidindəndir.
''Təzə Pir'' məscidində bayram namazı Qafqaz Müsəlmanlar İdarəsinin sədri Allahşükür Paşazadənin pişnamazlığı ilə qılınıb
Namaz qılındıqdan sonra insanlar bir-birləri görüşüb, bayramlaşıblar. Namaz qılmağa gələnlər öz sevinc və həyəcanlarını ''Xəzər Xəbər''lə də bölüşüblər.
Namazdan sonra Şeyxülislam Allahşükür Paşazadə bütün müsəlmanları, o cümlədən Azərbaycan xalqını təbrik edib. Qafqazın Şeyxi Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın iftar məclislərində iştirak etməsinə münasibət bildirib.
Şeyx ''Təzə Pir'' məscidi ətrafında görüləcək işlərdən də danışıb.
Şeyx bildirib ki, işlərə yaxın vaxtlarda başlanılacaq...