İsmayıllıda əksər əksər avtobuslarda kondisioner yoxdur. Bu problem həm şəhərdaxili, həm də kəndlərə və digər şəhərlərə sərnişin daşıyan avtobuslarda mövcuddur. Aidiyyəti qurumdan isə məsələnin tezliklə həll ediləcəyi bildirilib.
İsmayıllıdakı əksər avtobuslarda kondisioner yoxdur. Bu problem həm şəhərdaxili, həm də kəndlərə və digər şəhərlərə sərnişin daşıyan mikroavtobus və orta tutumlu avtobuslarda mövcuddur.
Sərnişinlər bildirirlər ki, kondisioner olmayan avtobuslarda da çox az sayda açıla bilən pəncərə var ki, onu açmaq əksər hallarda mümkün olmur.
Sürücülərin bəziləri avtobusun köhnə olduğunu əsas gətirsə də, bir qismi kondisioner quraşdırılacağını deyir.
Kondisioneri olan mikroavtobuslar da bu xüsusiyyətindən istifadə edərək daha çox müştəri cəlb edə bilirlər.
Məsələ ilə bağlı İsmayıllı Avtovağzalından bildirildi ki, kondisioner problemi yalnız mikroavtobuslarda və orta tutumlu avtobuslarda mövcuddur. Bu nəqliyyat vasitələri də Bakı Beynəlxalq Avtovağzalı ilə müqavilə bağlamış şirkətlərə məxsusdur. Həmin sahibkarlarla danışıqlar aparılıb və yaxın vaxtlarda müasir avtobusların xəttə buraxılması barədə razılıq əldə olunub.
Sərnişinlər həmin avtobusların xəttə buraxılmacağı vaxtı gözləyir..