Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. İclasda ''2018-ci ilin dövlət büdcəsi haqqında'', eləcə də ''aqrar sığorta haqqında'' qanun layihələri müzakirəyə çıxarılıb. Qeyd edilibki, ötən ilin dövlət büdcəsi yüksək səviyyədə icra olunub, büdcə vəsaitləri hesabına meqalayihələr həyata keçirilib. "aqrar sığorta haqqında" qanunun müzakirəsi zamanı kənd təsərrüfatı nazirinin müavini ilhamə qədimova bildirib ki, təkliflərdən sonra aqrar sığortanın könüllü olması məqsədəuyğun hesab edilib.
''2018-ci ilin dövlət büdcəsi yüksək səviyyədə icra edilib. Dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan böyük layihələrə imza atıb". Bunu Milli Məclisin İqtisadi Siyasət, Sənayə və Sahibkarlıq Komitəsinin iclasında komitə sədri Ziyad Səmədzadə deyib. Onun fikrincə, sırf bu səbəbdən ötən ilin büdcəsini uğurlu hesab etmək olar''.
"2018-ci ilin dövlətbüdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirələri zamanı millət vəkili Tahir Mirkişili büdcə vəsaitlərinin əhalinin sosial rifahının yüksəldilməsinə xidmət etdiyini vurğulayıb. Deputat həmçinin tikintiyə ayrılan vəsaitin ölkə iqtisadiyyatının inkişafındakı payına diqqət çəkib
Komitə iclasında "Aqrar sığorta haqqında'' qanun ikinci oxunuşda müzakirəyə təqdim edilib. Çıxış edən millət vəkilləri qanunun əhəmiyyətindən danışaraq qeyd ediblər ki, yeni qanun layihəsi aqrar sığortanın təkmilləşməsinə xidmət edəcək, ölkədə idxaldan asılılığın azalmasına və ixrac potensialının artmasına təkan verəcək, ərzaq təhlükəsizliyinin güclənməsinə ciddi təsir göstərəcək. Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova isə aqrar sığortanın könüllü, yaxud icbari olması barədə məsələlərə aydınlıq gətirib.
Qanun layihələri müzakirə edilərək plenar iclasa tövsiyə edilib