Mingəçevir su anbarında boğulma hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə 1 nəfərin su anbarında batması barədə məlumat daxil olub. Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu 2001-ci il təvəllüdlü Tağıyev Orxan Naib oğlunun meyitini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.