Xəzər Xəbər

Azərbaycanda POS-terminallar niyə işləmir? - AÇIQLAMA VİDEO

Veb TV | 19:35 • 4 İyun 2019
Azərbaycanda POS-terminallar niyə işləmir? - AÇIQLAMA

"Hazırda Azərbaycan dünyanın 190-a yaxın ölkəsi ilə ticarət əməliyyatları aparır. Ölkə iqtisadiyyatına 260 milyard ABŞ dollarına yaxın investisiya yatırılıb ki, bunun da təxminən yarısı xarici sərmayələrdir''. Sahibkarlıq günün həsr edilmiş "Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır" adlı konfransda çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev belə deyib.

Nazir iqtisadiyyatın inkişafında sənayə parklarının əhəmiyyətindən də danışıb, hazırda 21 belə müəssəsin olduğunu və bu il daha 15 belə parkın açılacağını və mövcud parklarında istehsal gücünün artırılacağını bildirib. Bunlar isə həm də yeni iş yerlərinin açılması deməkdir.

Əmək və əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev isə əmək müqavilələrinin sayında ciddi artımın olduğunu , eyni zamanda özünüməşğulluq proqramı ilə ötən il 6 min ailənin mikrotəsərrüfat qurduğunu, bu il bu rəqəmin 10 minə növbəti illərdə isə 15 minə çatdırılması üçün çalışdıqlarını bildirib.

Tədbirdə çıxış edən Vergilər nazirinin müavini Sahib Ələkbərov isə vergi sahəsində yoxlamaların bir neçə dəfə azaldığını buna rəğmən bəzi problemlərin hələ də qaldığını vurğulayıb. Nazir müavini ölkəmizdə işlək pos-terminalların sayının 80 mindən 67 minə düşdüyünü bildirib və bu sayın artırılması üçün çalışdıqlarını bildirib.

Sahib Ələkbərov yaxın gələcəkdə Azərbaycanda onlayn kassaların da tətbiqinə başlanılacağını bildirib.

Xəbər lenti

Çox oxunanlar