Tovuz rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
XəzərXəbər-in verdiyi xəbərə görə, iyunun 1-də Qovlar qəsəbəsində yaşayan 18 yaşlı gənc elektrik vurması nəticəsində dünyasını dəyişib.
Kənd sakini Vüqar Rövşən oğlu ötən il Dövlət İqtisad Kollecini ödənişli əsaslarla qəbul olub. Ailəsinin maddi sıxıntısını nəzərə alaraq təhsilini donduraraq hərbi xidmət öncəsi işləmək istəyib. Vüqar həm də universitetdə təhsil alan bacısının xərclərini qarşılamaq məqsədilə qaynaqçının yanında fəhlə kimi işləməyə başlayıb. İş prosesi zamanı dəmir borunu qaynaq edərkən ərazidən keçən yüksək gərginlikli elektrik xəttinə toxunub və oradaca vəfat edib.
Qeyd edək ki, iki il öncə Vüqarın dayısı oğlu, 23 yaşlı Əmrah Abdullayev də Tovuz rayonunda elektrik vurması nəticəsində vəfat edib.