Türkiyənin Diyarbəkir şəhərinin Bismil rayonunda Bölgə Kənd Təsərrüfatı Qurumunun rəhbəri Mehmet Arslanın 300-dən çox nəvəsi babalarının Ramazan bayramını təbrik etmək üçün sıraya düzülüb və uzun növbə yaradıblar.
4 həyat yoldaşı, 56 uşağı, 300-dən çox nəvəsi olan "Hamo Ağa" ləqəbli Mehmet Arslan evinin qarşısında ailə üzvləri ilə bayramlaşıb, nəvələrinə konfet paylayıb.
Arslan açıqlamasında bayramı ailə üzvləri ilə birlikdə keçirdiyi üçün xoşbəxt olduğunu dilə gətirib./Qaynarinfo