Ağcabədidə yanacaqdoldurma məntəqəsində çalışanlaran bir nəfər ayağı sürüşərək yanacaq çəninə düşüb. Onu xilas etmək istəyən digər işçi də çənə girib. Nəticədə 2 -si də qazdan zəhərlənib. Onları isə polis əməkdaşları xilas edib. Yanacağın iyindən təsirlənən polis əməkdaşları və həmin şəxslər xəstəxanaya yerləşdirilib.
Gecə saat 1 radələrində Ağcabədi rayon Boyat kəndi ərazisində yerləşən yanacaq doldurma məntəqəsinin ətrafında izdiham yaranıb. Məlum olub ki, məntəqənin yanacaq saxlama anbarında iki nəfər huşsuz halda yıxılıb qalıb.
Onlardan biri məntəqənin işçisi Əmrah Əliyev iş görən zaman yanacaq üçün nəzərdə tutulan anbarın içinə yıxılıb. Digəri Faiq Cəfərovonu xilas etmek istəyərkən hərikisi qazdan zəhərlənərək huşunu itirib.
Hadisə yerinə gələn sakinlər ətrafda xidmət aparan polisləri də köməyə çagırıblar. Polis əməkdaşlarıElman Təhməzov və Nəriman Əliyev huşunu itirmiş 2 nəfərə kömək edib onları anbardan çıxarsalar da özləri də qazdan təsirlənib.
Həkimlərin səyi nəticəsində həm vətəndaşların, həm də polis əməkdaşlarının həyatını xilas etmək mümkün olub.
Hazırda onların vəziyyəti qənaətbəxşdir.