Xəzər Xəbər

Metroda kondisioner problemi - Sərnişinlər nə vaxtadək əziyyət çəkəcək? - VİDEO

Veb TV | 19:25 • 2 İyun 2019
Metroda kondisioner problemi -

Yay aylarında metrodan istifadə edən sərnişinləri narahat edən məsələ qatarların bir çoxunda kondisioner sisteminin olmamasıdır.

Xezerxeber.az-ın məlumatına görə, sərnişinlər deyir ki yeni və az sayda olan qatarların hamısında kondisioner sistemi işləsə də, köhnə qataların heç birində bu sistem yoxdur. Odur ki, vaqonlardakı isti hava bəzən sərnişinlərin halının pisləşməsinə gətirib çıxarır.

Bəs görəsən bu problemi nə vaxt həll olunacaq?

"Bakı Metropoliteni" Qapalı Səhmidar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov "Xəzər Xəbər"ə açıqlamasında bildirdi ki, yeni alınan 5 qatar 25 vaqonda kondisioner sistemi işlək vəziyyətə gətirilib. Hər bir yeni alınmış qatarda xüsusi nəzarət sistemi var ki, həmin sistem sərnişin salonunda mikroiqlim şəraitini nəzərə alır.

Köhnə qatarların 31 il istismar müddəti var. Bu il ərzində 6 qatar istismar müddətini başa vurduğu üçün xətdən çıxarılaraq yeniləri ilə əvəz olunacaq. Bunun üçün 6 qatarın alınması nəzərdə tutulub.

Bəxtiyar Məmmədov həmçinin onu da bildirdi ki, köhnə qatarların heç birində kondisioner sistemi yoxdur. Qatarları istehsal edən müəssisə ilə aparılan danışıqlar zamanı yekun rəy ondan ibarət olub ki, bu qatarlarda kondisioner sisteminin quraşdırılması texniki baxımdan mümkün deyil. Ona görə də qatarlar yeniləndikcə kondisioner problemi də həllini tapacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti