Yola saldığımız həftə bir neçə rayonda güclü külək evlərin dam örtüklərini uçurdu.
Xezerxeber.az-ın məlumatına görə, külək güclənən kimi bəzi evlərin dam örtüyü uçur. Bəs görəsən evlərin dam örtüyünün uçmasının səbəbi nədir?
Ustalar hesab edir ki, tikinti materialları alarkən onun keyfiyyətinə diqqət etmək lazımdır. Əks halda güclü küləkdə dam örtyünün yerə düşməsi faciəyə səbəb ola bilər.
Onların sözlərinə görə, tikinti zamanı daha çox 15 sm. ölçülü şalbanlardan və yüngül dam ortuklərindən istifadə olunsa, daha uzunömürlü olar.
Bəzən ev sahibləri də ustalardan materiallara qənaət olunmasını tələb edirlər.
Vətəndaşlar isə bu məsələdə daha çox ustaların tövsiyələrinə qulaq asdıqlarını deyirlər.
Mütəxəssislər isə deyir ki, evlərin damlarının tikintisi zamanı texniki şərtlərə tam əməl olunması ev sahiblərini həm ikinci dəfə xərcə düşməkdən, həm də təhlükədən qoruyur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: