Xəzər Xəbər

Avtomobillərdə benzin sərfiyyatı artıb - Azaltmaq mümkündürmü? - VİDEO

Veb TV | 19:34 • 2 İyun 2019
Avtomobillərdə benzin sərfiyyatı artıb -

Havaların isinməsi avtomobillərdə benzin sərfiyyatını artırır.

Xezerxeber.az-ın məlumatına görə, son günlər temperaturun qalxması ilə kondisonerdən istifadə edən sürücülərin də sayı çoxalıb.

Sürücülər deyir ki, 100 kilometr məsafədə təxminən 1-1,5 litr daha çox yanacaq sərf edilir.

Avtomobil ustaları isə deyir ki, qışa nisbətdə yayda benzin sərfiyyatı azalmalıdı. Amma avtomobillərdə kondisioner işlədiyindən benzin sərfiyyatında artım olur. Lakin sərfiyyatı bəzi qaydalara əməl etməklə azaltmaq mümkündür.

Avtomobil ustası Pərviz İsmayılovun sözlərinə görə, yayda ən tez sıradan çıxan detallardan biri benzin nasoslardır. Benzin sistemi isə birbaşa mühərriklə bağlı olduğundan onu vaxtında yoxlatmaq lazımdır.

Ustalar onu da bildirir ki, bəzi sürücülər yay aylarında avtomobili işə salarkən ümumiyyətlə onu qızdırmır. Əslində isə mühərrik minimum 1 dəq. işlək vəziyyətdə olmalıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar