Xəzər Xəbər

İki paytaxtda iki böyük matç: azarkeşlər Bakıdan razı, Madriddən isə narazı qaldı - VİDEO

Veb TV | 17:45 • 2 İyun 2019
İki paytaxtda iki böyük matç:

UEFA Avropa Liqası finalının Bakıda keçirilməsinə etiraz edərək buna mane olmağa çalışan dairələrin narahatlıqları Bakıda yox, Madriddə özünü doğrultdu. Bakı final oyununa heç bir problem yaşamadan ən yüksək səviyyədə ev sahibliyi etdiyi halda, Madrid üçün bunları demək çətindir.

Halbuki reytinqə görə daha nüfuzlu olan Çempionlar Liqası finalına daha ciddi hazırlıqlar görülməli idi.

Əsas problemlərdən biri nəqliyyatla bağlı yaşanıb. CNN-nin verdiyi xəbərə görə birbaşa reyslər tələbatı qarşılamdığına görə çoxlu sayda azarkeşin Madridə səfəri hətta 12 saata qədər çəkib. Bundan əlavə, bu şəhərə gəlib oyunu izləmək və qayıtmaq xərci 9 min dollar təşkil etdiyi üçün azarkeşlər bu rəqəmi həddən artıq baha olmasından şikayətləniblər.

Əsas skandal isə otel və bilet qiymətlərində yaşanıb.

Oyun üçün cəmi 17 min bilet satılıb. Ancaq biletlərin bir qismi "qara bazar"a düşüb və onların qiyməti 10-31 min dollar arasında azarkeşlərə təklif olunub. Halbuki, UEFA-nın saytında həmin biletlərin sayı 600-700 dollar olub. "Qara bazar"ın aktivliyi o qədər artıb ki, Madrid polisi bu işlə məşğul olan bir neçə şəxsi həbs etməli olub. Üstəlik, UEFA "qara bazar"da bilet satışı ilə bağlı xəbərdarlıq məlumatı yaymağa məcbur olub.

Stadiona gedən yolda böyük tıxacın yaranması da azarkeşlərin böyük narazılığına səbəb olub. Saatlarla tıxacda qalan azarkeşlər bu vəziyyətin dözülməz və arzuolunmaz olduğunu bildiriblər.

Təsadufi deyil ki, bu cür problemlərin üst-üstə qalaqlanması tanınmış simaların da ciddi etirazlarına səbəb olub. Belə ki, "Radio Galler"in aparıcısı Vinn Evans final oyunu üçün onlayn ödəniş etsə də, aldadılıb. Belə ki, həmin an agentlik bileti daha baha qiymətə satmaq üçün müştəri tapdığı üçün aparıcının biletini başqasına satıb. Aparıcı 14 yaşlı oğlu ilə birlikdə bu vəziyyətdən şoka düşdüyünü və pulunu geri ala biləcəyinə əmin olmadığını yazıb.

SBNation Real Madrid saytının baş redaktoru Lukas Navarrete isə Liverpul-Totenhem oyununu "Gördüyüm ən pis Çempionlar liqası finalı" adlandırıb və bu fikrini olduğu kimi tvitter səhifəsində yayımlayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar