Xəzər Xəbər

Özünü “Azəriqzın” işçisi kimi təqdim edib vətəndaşları aldatdı - VİDEO

Veb TV | 19:58 • 31 May 2019
Özünü “Azəriqzın” işçisi kimi təqdim edib vətəndaşları aldatdı -

Gəncə şəhərində saxta qaz təsərrüfatı işçisi peyda olub. Bu barədə məlumat yerli polis əməkdaşlarını hərəkətə keçirib.

Xezerxeber.az-ın məlumatına görə, Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının apardıqları axtarış tədbirləri nəticəsində həmin şəxsin əvvəllər müxtəlif maddələrlə məhkumluq həyatı yaşayan Göygöl rayon sakini 28 yaşlı Rəfail Əsgərov olduğu müəyən edilib. Araşdırmalar zamanı o da məlum olub ki, Rəfail Əsgərov özü üçün saxta ad seçib və bu adla xüsusi vəsiqə düzəldib. Sözügedən vəsiqə ilə müxtəlif ünvanalarda sayğaclara baxış keçirən bu şəxs cihazın sıradan çıxdığını bəhanə gətirərək vətəndaşlardan 10 manat pul alıb.

Rəfail Əsgərovun hazırda Gəncə Rayonlararası Ruhi Əsəb Dispanserində xəstə kimi qeydiyyatda olduğu da üzə çıxıb. Gəncə Regional Qaz İstismar İdarəsinin rəsmiləri abonentləri diqqətli olmağa çağırır.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti