Kürdəmirdə yaşayış evində yanğın olub, nəticədə bir nəfər ölüb.
Xezerxeber.az-ın məlumatına görə, hadisə rayonun Nizami küçəsi, ev 9 ünvanında sakin Sima Əliyevaya məxsus evdə baş verib. Hadisə yerinə yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib və yanğının digər ərazilərə keçməsinin qarşısı alınıb.
Ümumi sahəsi 100 kvadradmetr olan birmərtəbəli evin 20 kvadradmetri yanaraq yararsız hala düşüb. Yanğın baş verərkən ev sakini, 41 yaşlı Namiq Əliyev evdə olub. Hadisə qəfil olduğundan o, evdən çıxa bilməyib və yanaraq dünyasını dəyişib. Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: