Xəzər Xəbər

Britaniya mediası finalda niyə uduzdu? - VİDEO

Veb TV | 19:49 • 30 May 2019
Britaniya mediası finalda niyə uduzdu? -

Çelsi-Arsenal: Britaniya mediası finalda niyə uduzdu? Avropa Liqası kuboku uğrundakı oyun Bakını qaralamaq təşəbbüslərinə baxmayaraq baş tutdu.

Xezerxeber.az-ın məlumatına görə, bu sərlövhəli yazı ilə Rusiyanın nyus.ru saytında yazar Kirill Snastin çıxış edib. O, final oyunu ilə bağlı yazdığı yazıda Böyük Britaniya mediasının Azərbaycana qarşı əsassız hücumlarını şərh edib və bu ittihamların əslində heç bir fakta söykənmədiyini üzə çıxarıb.

Yazı, "Azərbaycan paytaxtı UEFA finalının təşkil edilməsinin öhdəsindən şərəflə gəldi və hər iki ingilis komandası isə azarkeşlərə möhtəşəm tamaşa hədiyyə etdi" cümləsi ilə başlayır.

Daha sonra yazar bildirib ki, Britaniya mediası "Arsenal" komandasının erməni hücumçusu Mxitaryanın təhlükəsizlik məsələsini bəhanə gətirərək gündəm yaratmağa çalışdılar. Kiril Snastin Mxitaryanın bütün zəmanətlər verilməsinə baxmayaraq Londonda qalmaq istəməsini keçmiş sovet və ukraynalı futbolçu Oleq Bloxinin sözləri ilə axmaqlıq adlandırıb.

Yazar oyun günündə Mxitaryanın soyadı yazılmış futbolkalarda Bakıda gəzişən indoneziyalı azarkeşlərin yerli polis tərəfindən saxlanılması ilə bağlı videoya da toxunub. Bildirib ki, tabloidlər buna da "ilişə bilməzdi". Çünki ekzotik azarkeşlər saxlanıldıqları kimi sakit şəkildə də sərbəst buraxıldılar.

Ardından çərşənbə günü Azərbaycan paytaxtından başqa bir qaynar xəbər gəldi - azarkeşlər arasında dava barədə. Amma Britaniyanın baş verənləri görüb güzgüyə baxmaqdan başqa çarəsi qalmamışdı... Gördüklərinin nə olduğu isə aydın məsələdir. Axı başqa planetdə, hətta başqa qalaktikada olsalar da, yumruqla münasibətləri ayırd etmək şakərindən əl çəkməyən ingilis azarkeşlər öz aralarında dava etmişdilər.

Yazar daha sonra futbol oyununda iştirak edənlərin sayı məsələsinə toxunaraq bu rəqəmin də Bakıdakı oyunda problem görmək istəyənlərin arzusunu gözündə qoyduğunu bildirir. Belə ki, Bakıda keçirilən finalda 51370 nəfər azarkeş iştirak edib. Bu isə turnir tarixində ən böyük üçüncü göstəricidir. Ən çox azarkeşin olduğu UEFA Avropa Liqası finalında isə 55768 nəfər azarkeş iştirak edib.

Rusiyalı jurnalist daha sonra finalın Bakıda keçirilməsinə etiraz edənlərə UEFA prezidenti Aleksandr Çeferin fikirlərini çatdırır. "Burada hər şey ideal təşkil edilib və Bakı turnirin finalına hazırdır. Hazırda hər şey qonaqpərvər və əla görünür. Düzünü desəm, iradları başa düşmür, heç bir çətinlik görmürəm. Əlbəttə, azarkeşlərə Bakı və ya məsələn, Bilbao ilə müqayisədə London və Romada bilet almaq və otel bron etmək asandır. Amma bu, o demək deyil ki, biz bu şəhərlərdə oyunlar keçirməməliyik", - deyə UEFA rəhbəri bildirib.

Daha sonra sırf oyun zamanı baş verənlərlə bağlı fikrini açıqlayan Kiril Snastin yazının sonluğunda Bakıdakı oyunlara kölgə salmaq istəyənlərə maraqlı epiloq da verir. "Heç şübhəsiz, Avropa Liqasının Bakı finalı yüz faiz uğurlu alındı və futbol tarixinə növbəti parlaq səhifə kimi daxil oldu"-deyə yazı bu cümlə ilə tamamlanır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

COP29 Sədrliyindən BƏYANAT
18:10 • 22 Noyabr 2024