UEFA Avropa Liqasının final oyunu Bakıda uğurla keçirildi.
Xezerxeber.az-ın məlumatına görə, hər hansı bir problemin, ciddi insidentin olmaması UEFA Avropa Liqasının final oyununun yüksək səviyyədə təşkil olunduğunu göstərdi. Oyundan xeyli əvvəl, finalçılar müəyyən olunandan sonra matçın niyə uzaq Bakıda keçirilməsindən tutmuş ölkəmizin guya müvafiq infrastruktura malik olmaması, azarkeşlərin gələ bilməməsi, təhlükəsizlik, "Arsenal" klubunun erməni əsilli oyunçusu Henrix Mxitaryana qarşı hansısa mənfi münasibət olması kimi iddialar ortaya atıldı. Lakin mövcud reallıq bütün bu iddiaların əsassız olduğunu aydın göstərdi.
Hazırılığın yüksək səviyyəsi xaricdəki anti-Azərbaycan qüvvələrin və onların daxildəki uzantılarının bütün iddialarını alt-üst etdi. Başlanmasına cəhd edilən qara piar kampaniyası qısa zamanda boğuldu və heç bir effekt vermədi.
Azərbaycan təsdiq etdi ki, 2020-ci ildə Avropa Çempionatının 4 oyununu da yüksək səviyyədə təşkil etmək və uğurla keçirmək gücünə, bacarığına malikdir.
Oyundan əvvəl fan-zonaların yüksək səviyyədə təşkili, azarkeşlərin ehtiyaclarının ödənilməsi, onlar üçün mümkün olan şəraitin yaradılması hamı tərəfindən etiraf olundu və xüsusi qeyd edildi. Beləliklə, bu tədbir Azərbaycan dövlətinin, hakimiyyət strukturlarının olduqca səmərəli və peşəkar fəaliyyətinin əyani təsdiqi oldu.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: