Xəzər Xəbər

Bakıda işlək işıqforun qarşısına yenisi quraşdırılıb - VİDEO

Veb TV | 20:13 • 30 May 2019
Bakıda işlək işıqforun qarşısına yenisi quraşdırılıb -

Bakıda bir işıqfor digərinin qarşısında quraşdırılıb.

Xezerxeber.az-ın məlumatına görə, söhbət paytaxtın Xətai prospekti ilə Əbdüləzəl Dəmirçizadə küçələrinin kəsişməsindən gedir.

Bu yola bir müddət əvvəl yeni işıqfor quraşdırılmasına baxmayaraq, hələ tam işlək vəziyyətə gətirilməyib. Məsələ burasındandır ki, yeni işıqfor köhnə, yəni hazırda işləyən işıqforun düz qarşısında quraşdırılıb və bu da köhnə işıqforun aydın görünməsinə mane olur.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən ''Xəzər Xəbər''ə bildirildi ki, yeni işıqfor həyata keçirilməkdə olan kompleks layihə çərçivəsində quraşdırılıb və hazırda test rejimindədir. Yaxın günlərdə yeni işıqfor tam işə salınacaq və köhnəsi yoldan götürüləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar