Onun yaşıdları ali məktəblərə qəbul imtahanlarına hazırlaşır, o isə universiteti bitirir...
Xezerxeber.az-ın məlumatına görə, Bakı şəhər sakini 18 yaşlı Turana Tağıyeva Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinin 4-cü kurs tələbəsidir. O, orta məktəbə tez başladığı üçün tələbə adını yaşıdlarından fərqli olaraq tez qazanıb.
Turana Tağıyeva deyir ki, təhsilə erkən başlaması ona üstünlük qazandırıb.Yaşıdlarından fərqli olaraq təhsil və iş kariyerasına erkən başlayıb.
Turana Tağıyeva magistraturaya keçirilən qəbul imtahanlarının iki mərhələsində 114 bal toplayıb. O, hazırda Xarici İşlər Nazirliyində təcrübə keçir. Ən böyük istəyi isə diplomat olmaqdır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: