Xəzər Xəbər

Xaricdə təhsillə bağlı yeni proqram hazırlanır - VİDEO

Veb TV | 20:08 • 30 May 2019
Xaricdə təhsillə bağlı yeni proqram hazırlanır -

Azərbaycanda universitetə qəbul olan tələbə Dövlət proqramına müraciət edərək dövlət hesabına xaricdəki nüfuzlu üniversitetin də diplomunu ala biləcək. Amma tələbə xarici univeristetin proqramını tam mənimsməlidir. Bununla bağlı Dövlət proqramı hazırlanır.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli deyib.

Onun verdiyi məlumata görə, proqram dövlət üçün əhəmiyyətli olan sahələri əhatə edəcək. Proqram çərçivəsində nüfuzlu xarici universitetlərin müəllimləri Azərbaycana gələcək və həmin tələbələrə burda dərs keçəcək.

Proqrama qəbu zaman abituriyentin qəbul balı əsas götürüləcək və ən çox bal toplayanlara üstünlük veriləcək. Bundan başqa, abituriyent seçilən universitetə uyğun əlavə müsabiqədən də keçməli olacaq. Üstəlik hər ixtisas üzrə müəyyən saya uyğun qəbul aparılacaq.

Bununla bağlı Dövlət proqramı keçən il təsdiqlənib. Yaxın zamanda isə Təhsil Nazirliyi tərəfindən qaydalar tam hazırlanaraq Nazirlər Kabinetinə təsdiq üçün təqdim edəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti