İndiyədək Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" yataqlarından 485 mln. ton neft və 158 mlrd. kubmetr qaz hasil olunub.
Xezerxeber.az-ın məlumatına görə, bunu Bakıda keçirilən 26-cı Beynəlxlaq Neft və Qaz konfransında Energetika naziri Pərviz Şahbazov deyib.
Nazir 1997-ci ildən bəri Azərbaycanın neft-qaz sektoruna qoyulan sərmayələrin həcmini də açıqlayıb.
Konfransda iştirak edən SOCAR-ın prezident Rövnəq Abdullayev isə şirkətin dünyanın 40-dan çox ölkəsində müxtəlif əməliyyatlar həyata keçirərək böyük transmilli bir şirkətə çevrildiyini vurğulayıb. SOCAR rəhbəri bu şirkətin Türkiyədə ən böyük xarici investor olduğuna diqqət çəkib.
Tədbirə qatılan Böyük Britaniyanın BP şirkətinin Regional prezidenti Qari Cons isə bildirib ki, Xəzər dənizində növbəti qaz yataqlarının müəyyən olunması üçün kəşfiyyat işləri aparırlar və "Şahdəniz" yatağı qədər böyük bir mənbə aşkar etməyin astanasındadırlar.
Tədbirdə Azərbaycanın neft sənayesində "Azəri-Çıraq-Günəşli" yataqlarının müstəsna rolu olduğu vurğulanıb. Qeyd olunub ki, hazırda AÇG-də 8 dəniz platforması - 6 hasilat və 2 emal, kompressiya, suvurma və kommunal məqsədli platforma fəaliyyət göstərir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: