Macarıstanın paytaxtı Budapeştdə gəmi qəzası nəticəsində azı 7 sərnişin həyatını itirib. Aralarında uşaqlar da olmaqla 19 nəfər isə itkin düşüb.
Göyərtədəki sərnişinlərin əksəriyyəti Cənubi Koreyalı turistlər olub. Məlumata görə, iki mərtəbəli sərnişin gəmisi başqa gəmi ilə toqquşandan sonra çevrilib.
İtkin düşənlərin axtarışlar üçün Cənubi Koreyadan xüsusi qrup cəlb edilib. İtkin düşənlər suyun axını ilə sürükləndiyindən onların həyatda qalma şansı azdır.
Redaktor.az