Xəzər Xəbər

Qəbələdə ayı çobanlara hücum etdi VİDEO

Veb TV | 19:19 • 30 May 2019
Qəbələdə ayı çobanlara hücum etdi

Çobanlar itləri ayının üstünə qısqırdaraq, yırtıcı heyvanı qova biliblər

Qəbələ rayonun Laza kəndində qoruq adlanan ərazidə yaylağa köç edən çobanlara ayı hücum edib.

Hadisə zamanı çobanlara və heyvanlara heç bir xəsarət dəyməyib.

Hadisə çobanlar tərəfindən videoya çəkilib. Onlar çoban itlərini ayının üstünə qısqırdaraq, yırtıcı heyvanı qova biliblər. Çobanlar deyirlər ki, hücum edən ayı bala olub, bu səbəbdən də itlər onu qova biliblər.

Qeyd edək ki, hadisənin baş verdiyi ərazinin yaxınlığında bir neçə istirahət mərkəzi var.

Həmin videogörüntünü sizə təqdim edirik:

Xəbər lenti

Çox oxunanlar