"Kaspi" liseyinin şagirdləri ətraf mühiti qorumaq üçün maraqlı addım atıblar. Onlar tullantıları əl işlərinə çeviriblər.
Xezerxeber.az-ın məlumatına görə, "Kaspi" liseyi şagirdlərinin hazırladığı əl işlərindən ibarət sərgi keçirilib. Sərgidə üçrəngli bayraq, Heydər Əliyev Mərkəzinin maketi, stol-stul dəsti və bir çox başqa əl işləri nümayiş etdirilib.
Mərasimdə çıxış edən "Kaspi" Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva bildirib ki, bütün bu əl işləri tullantı materiallardan hazırlanıb. Məqsəd ətraf mühiti qorumaq və hər kəsi bu işə həvəsləndirməkdir. Sona Vəliyeva qeyd edib ki, "Kaspi" liseyi şagirdlərinin hazırladıqları əl işləri Rumıniyada keçirilən olimpiada da böyük marağa səbəb olub.
Sonra şagirdlər tullantılardan hazırladıqları geyimləri nümayiş etdiriblər. Ardınca isə tullantılardan hazırlanan əl işlərinə baxış keçirilib. Əl işlərinin hazırlanmasında şagirdlərlə yanaşı, onların valideynləri və müəıllimləri də iştirak ediblər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: