Tərtərdə sahələrə Yunanıstandan gətirilmiş pambıq çiyidləri əkilib.
Xezerxeber.az-ın məlumatına görə, rayonda sınaq məqsədi ilə pilot təsərrüfatlar yaradılıb. Həmin təsərrüfatlarda da yunan sortu olan pambıq əkilib.
Bu növün əkilməsində məqsəd yüksək məhsuldarlığa malik pambıq sortlarını yerli şəraitə uyğunlaşdırmaqdır.
Fermerlərin sözlərinə görə, yeni əkilən pambıq sortu yerli məhsullarla müqayisədə daha məhsuldar, keyfiyyətli və tezyetişəndir. Məhsul yığımı başa çatdıqdan sonra vaxt itkisinə yol vermədən növbəti əkinə də başlamaq mümkündür.
Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri sahələrdə fermerlərə lazımi tövsiyələr veriblər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: