Avroliqanın finalı ərəfəsində azarkeşlərin daşınması üçün 12 məntəqədə 450 avtobus fəaliyyət göstərəcək.
Xezerxeber.az-ın məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.
Onun sözlərinə görə, qurum mayın 20-dən etibarən gücləndirilmiş rejimdə çalışır və bu 30-dək davam edəcək. .
Mais Ağayevin həmçinin bildirib ki, UEFA Avropa Liqasının final oyunu ərəfəsində akkreditasiya olunmuş şəxslər mayın 25-30-da ictimai nəqliyyatdan və biletli azarkeşlər isə mayın 28, 29 və 30-da kart sistemi ilə işləyən marşrutlardan ödənişsiz şəkildə istifadə edə biləcəklər.
Bakı Nəqliyyat Agentliyi tərəfindən UEFA Avropa Liqasının final oyunu zamanı futbol turnirini izləməyə gələcək azerkeşlərin daşınması üçün nəqliyyat planı hazırlanıb. Plana əsasən müxtəlif istiqamətlər üzrə marşrutlar müəyyənləşdirilib.Final oyununun təşkili zamanı nəqliyyat əməliyyatlarının operativliyi və nəqliyyatla əlaqədar tələb olunan xidmətlərin yüksək səviyyədə təşkil olunması üçün Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzində nəqliyyat məsələləri üzrə 24 saat fəaliyyət göstərən qərargah yaradılıb. Qərargahın fəaliyyəti bu sahədə iştirak edən dövlət qurumlarının işini əlaqələndirməklə yol şəbəkələri, nəqliyyat tələbatları və kommunikasiyalarının idarə olunmasından ibarətdir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: