Gələn ildən etibarən Bakıdan Qəbələyə elektrik qatarı ilə 3 saata getmək mümkün olacaq.
Bunu Xəzər Televiziyasına müsahibəsində "Azərbaycan Dəmiryolları" QSC-nin sədri Cavid Qurbanov deyib.
Cəmiyyətin sədri digər böyük layihələrin inşası ilə bağlı da danışıb.
Xezerxeber.az-ın məlumatına görə, ölkənin əsas turizm mərkəzlərindən birinə çevrilən Qəbələyə qatarla getmək gələn ildən mümkün olacaq.
Cavid Qurbanov bildirib ki, sözügedən xətt istifadəyə verildikdən sonra burada ən müasir elektrik qatarlarından istifadə ediləcək. Bu isə paytaxtdan Qəbələyə qısa müddətdə qatarla səyahət imnakı verəcək.
Ölkənin digər böyük turizm mərkəzlərindən olan Şahdağa da dəmir yolu çəkiləcək. Bununla bağlı Prezidetin müvafiq sərəncamı var və vəsait də ayrılıb.
Cavid Qurbanov paytaxtda dəmiryol şəbəkəsinin genişləndirilməsi ilə bağlı bildirib ki, təkcə Bakını yox, bütövlükdə Abşeron yarımadasını əhatə edən dəmiryol şəbəkəsi yaradılacaq. Beləliklə, paytaxtdaxili sərnişindaşımada dəmiryolunun rolu xeyli artacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: