Xəzər Xəbər

Bakı və Ağdamda qətl hadisələri törədilib - VİDEO

Veb TV | 19:04 • 25 May 2019
Bakı və Ağdamda qətl hadisələri törədilib -

Bakıda kafedə qab yumaq üstündə iki oğlan işçi arasında düşən mübahisə sonda birinin ölümü ilə nəticələnib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə ötən gecə Binəqədi rayonu Koroğlu Rəhimov küçəsində yerləşən kafelərdən birində baş verib.

Binəqədi rayonu 5-ci polis bölməsindən verilən məlumata görə, ilkin dindirilmə zamanı məlum olub ki, Laçın rayon sakini 21 yaşlı Əmrah Hüseynov və iş yoldaşı, Şərur rayon sakini 47 yaşlı Zahid Sadıqov arasında qab yumaq üstündə mübahisə düşüb. Nəticədə Əmrah Hüseynov Zahid Sadıqovu boğaraq öldürüb.

Polis cinayəti törətməkdə şübhəli bilinən Əmrah Hüseynovu saxlayıb. Fakt üzrə cinayət işi başlanıb və istintaq Binəqədi Rayon Prokurorluğu tərəfindən aparılır.

Ağdamda isə qadın kafedə bıçaqla qətlə yetirilib. Hadisə rayonun Əhmədağalı kəndində baş verib. Rayonun Evoğlu kənd sakini, 50 yaşlı Ayaz Quliyev kafedə işləyən Yuxarı Yüzbaşılı kənd sakini, 55 yaşlı Təzəgül Vəliyevanı bıçaqlayıb. Qadın əvvəl Ağdam Mərkəzi Rayon Xəstəxanasına, daha sonra isə təcili tibbi yardım maşını ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına göndərilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar