Azərbaycan ordusunun sonuncu genişmiqyaslı əməliyyat taktiki təlimləri uğurla başa çatdı.
Xezerxeber.az-ın məlumatına görə, ordunun qarşısında qoyulan bütün tapşırıqlar tam icra edildi.
Ehtiyatda olan polkovnik, hərbi mütəxəssis Məhərrəm Cahangirov vurğulayıb ki, 10 minədək şəxsi heyət, 150 tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemlər və minaatan, 35 təyyarə və helikopterin cəlb edildiyi təlimlərlə Azərbaycan ordusu döyüş hazırlığının yüksək səviyyədə olduğunu bir daha təsdiqlədi.
Məhərrəm Cahangirov bildirib ki, təlimlərə cəlb edilən hərbi texnikanın müasirliyi və göstəriciləri, eləcə də hərbi qulluqçuların peşəkarlığı düşmən tərəfini sözün əsl mənasında qorxuya salıb.
Ehtiyatda olan polkovnik vurğulayıb ki, Azərbaycan ordusunun gücünə ermənilər onsuz da bələddirlər. Amma ildən-ilə hərbçilərin döyüş hazırlığını daha da yüksəltmək üçün müxtəlif tədbirlər həyata keçirilir.
Məhərrəm Cahangirovun sözlərinə görə, Azərbaycan ordusu keçirilən təlimlərlə gücünü ortaya qoyur və işğal edilmiş torpaqları geri qaytaracağına əminlik yaradır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: