Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov Aşqabadda kəpənək və digər həşəratların yayılmasının qarşısını almaq məqsədi ilə tapşırıq verib.
"Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, şəhər meriyasındakı müşavirədə danışan ölkə rəhbəri rütubət üzündən paytaxtda həşəratların sayının artdığını deyib.
Berdıməhəmmədov bildirib ki, ekoloji normaların qorunması baxımından profilaktik tədbirlərə ehtiyac var:
"Ekoloji rifahın təmin edilməsi dövlət siyasətinin prioritetlərindən biridir".