Amerikalı Hannah Karver adlı yaşlı qadının evindən yeməklərin yoxa çıxması onu mənzilə gizli kamera yerləşdirməyə vadar edib.
Analoji halın tez-tez təkrarlanması qadını həyəcanlandırıb. Lakin kameranın qeydlərini izləyən amerikalı, "yemək oğrusu”nu müəyyən edə bilib.
Sən demə, mətbəxdəki yeməkləri porsuq yeyirmiş. Lakin o, porsuğu zərərsizləşdirmək üçün tələ qurmayıb. Əksinə, porsuğun xoşladığı ərzaqları evin giriş qapısında qoyaraq, heyvanın daha rahat qidalanmasına şərait yaradıb.
Redaktor.az