Kanadanın baş naziri Castin Tryudo ittiham edilmiş kri tayfasının rəhbərinə 134 il ötdükdən sonra bəraət qazandırıb.
"CBC News”xəbər verir ki, kri tayfasının rəhbəriPaundmeyker1885-ci ildə hindi üsyanında iştirak etdiyinə görə dövlət xəyanətində ittiham edilib. Bir ildən sonra Paundmeyker ağ ciyərindəki xəstəliyə görə azadlığa buraxılıb, lakin tezliklə ölüb.
"2019-cu ildə biz onun həqiqətini görürük. O, lider, siyasətçi və sülhpərvər şəxs kimi faydasız ölümlərə yol verməmək üçün mümkün olan hər şey edirdi”, - deyə, Tryudo bildirib.
Baş nazir Kanadanın hindi tayfalarının qarşısındakı çıxışında deyib ki,tayfa rəhbərinin bəraəti üçün134 il lazım gəlib. Mərasimlər zamanı həmçinin Paundmeykerin məzarı önünə müqəddəs sayılantütün qoyulub.
Baş nazir qeyd edib ki, hökumət Kanadanın yerli xalqları ilə qarşılıqlı anlaşmaya nail olmaq üçünkeçmiş səhvlərini etiraf etməlidir./oxu.az