Cümə axşamı Transsibir magistralı ilə Yaponiyadan Polşaya ilk transit konteyneri nəql olunub.
Bu barədə Rusiyanın Nəqliyyat nazirinin müavini Vladimir Tokaryov "RİA Novosti”yə açıqlama verib.
"Ötən gün Yaponiyadan Polşaya ilk transit konteyneri göndərdik. Bu, ilk daimi, sınaq konteyneridir. Ümid edirəm ki, yapon iş adamlarının marağına səbəb olacağıq, onlar Transsibirinrəqabətədavamlıolduğunu və onunla yüklərin daşınmasının daha tez, ucuz, rahat və təhlükəsiz başa gəldiyini görəcəklər”, - deyənazir müavini bildirib.
Transsibir magistralı (Transsib) dünyanın ən uzun dəmiryolu xətti sayılır, uzunluğu 9288,2 km təşkil edir.Xəttin yük buraxıcılıq qabiliyyəti ilə 100 milyon tondur. Magistraltam yüklənəcəyi təqdirdə Çinin "Bir kəmər - bir yol” layihəsinə alternativ ola bilər.