Çinin Hebey əyalətində yerli iş adamlarından biri 130 min yuan dəyərində (təxminən 18,8 min dollar)avtomobili qəpiklə alıb.
Bu barədə "South China Morning Post” yazır.
Məlumata görə, həmin şəxs "Volkswagen Passat”a sahib olmaq üçün bir yuan nominallı 131 492 qəpik ödəyib, məbləğin yerdə qalan hissəsini isə başqa vasitələrlə verib.
Avtomobili satan salonun menecerinin dediyinə görə, dəmir sikkələri 16 nəfər üçgün ərzində hesablayıb. Hər gün 08:30-da başlayıb, növbə ilə naharaçıxıblar, sonradan isə iş gününün sonuna kimi sayıblar.