58 yaşlı müəllim Karmelito Marselo dərs dediyi Pampanqa kollecinin yaxınlığında iki ildir bu itə qulluq edirmiş. Buboy hər səhər sahibinin yanına gəlir, onun verdiklərini yeyirmiş. Günorta yemək üçün hətta müəllimin otağına qədər gedirmiş. Gecələr isə kolleci mühafizə edirmiş.
Mayın əvvəllərindən Marselo kollecə gəlməyi dayandırıb. Müəllim ürəktutmasından keçinibmiş. Ayın 18-də kişi dünyasını dəyişib. Buboy bu günlər ərzində hər gün onu dərs dediyi sinfin qarşısında gözləyib. Sahibinin ölümündən xəbər tutandan sonra isə onun tabutunun yanında uzanıb.
Buboyu yenə kollecdə gözləyirlər. Bundan sonra onu Marselonun həmkarları yedizdirəcək./Bizimyol.info