Venesuela ordusu müxalifət lideri Xuan Quaydonun onlara göndərdiyi məktubu yandırıb.
"Qafqazinfo” "Telesur” kanalına istinadən xəbər verir ki, Quaydonun məktubunu gətirən şəxs hərbiçilərə əvvəlcə onu oxumağı məsləhət görsə də, əsgərlər razılaşmır. Onlar Quaydonun məktubunu oxumadan yandırıblar və bununla da prezident Nikolas Maduronun tərəfində olduqlarını nümayiş etdiriblər.
Məktubda nə yazıldığı məlum deyil.