Biləsuvarda maşının aşması 2 nəfərin ölümünə səbəb olub.
Xezerxeber.az-ın məlumatına görə, hadisə yeni Ələt- Astara magistiral yolunun 90-cı kilometrliyində , Biləsuvar rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Minik avtomobili Bakı istiqamətində hərəkətdə olarkən qəflətən idarəetməni itirərək aşıb. Qəza nəticəsində avtomobilin sürücüsü 47 yaşlı Cəlilabad rayon sakini Məmməd Məmmədov və maşındakı sərnişin hadisə zamanı dünyasını dəyişib. Hər iki meyit Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anotomiya Birliyinin Salyan Rayonlararası Zona Mərkəzinə verilib. Ölən sərnişinin 71 yaşlı Fərəcağa Fərəcov olduğu müəyyən edilib.
Sabirbaddakı qəza da ölümlə nəticələnib. Hadisə Salyan-Şirvan yolunda, rayonun Xankeçən kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan rayon sakinləri - 34 yaşlı Saməddin Fərzəliyev, 55 yaşlı Xatirə Əhmədova və 51 yaşlı Sevda Əhmədova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Yaralılardan Saməddin Fərzəliyev xəstəxanada dünyasını dəyişib.
Hər 2 faktla bağlı araşdırmalar davam edir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: