Bakıda sürət həddinin saatda 120 km. olduğu yola çıxan bir inək sürücülər üçün təhlükəli vəziyyət yaradıb. Hava limanı yolunda baş verən bu hadisəni sürücülərdən biri çəkə bilib.
Xezerxeber.az-ın məlumatına görə, yola çıxan inək avtomobillərin hərəkətinə mane olub.
Bu zaman avtomobillər qəza baş verməsin deyə dayanıb.
Kadrlar bir məsələni aktuallaşdırır: bu vəziyyətdə qəza baş verərsə məsuliyyəti kim daşıyacaq?
Yol hərəkəti üzrə ekspert Elməddin Muradlı bildirib ki, belə hallar xüsusilə rayon yollarında tez-tez baş verir və hətta bəzi hallarda ölümlə nəticlənən qəzalara da səbəb olur. Baş verən hadisəyə görə isə bütün məsuliyyət heyvan sahibinin üzərində qalır. Çünki heyvan sahibi mal-qaranı yol kənarında nəzarətsiz buraxıb. Hətta bunun cəriməsi də var.
Odur ki, bu hal qəzaya səbəb olarsa bütün xərcləri heyvan sahibi ödəməlidir və hətta heyvan sahibi cinayət məsuliyyətinə də cəlb edilə bilər. Bunun üçün sürücü hüquqlarını bilməldir.
Bəzi hallarda heyvan sahibləri yolda qəza zamanı ölən heyvanının pulunu sürücüdən tələb edir ki, bu da tamamilə qanunsuzdur. Hətta təcrübədə qanunu bilən heyvan sahibinin dəyən ziyanı ödəməmək üçün gizlənməsi faktları da olub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: