Xəzər Xəbər

Burada 150-dən artıq xalçaçı çalışır VİDEO

Veb TV | 20:06 • 4 May 2019
Burada 150-dən artıq xalçaçı çalışır

5 may xalçaçıların peşə bayramı günüdür. Bu səbəbdən"Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin İsmayıllı filialına baş çəkibvə toxucuların işi prossesiilə maraqlanmışıq. 2017-ci ildə fəaliyyətə başlayan müəssisədə bu günədək 250-dən çox xalça toxunub. Toxucular bu qədim sənəti yaşatmaq üçün əllərindən gələni etdiklərini deyirlər.

Burada 150-dən artıq xalçaçı çalışır...

Görüntülər "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin İsmayıllı filialındandır. 2017-ci ildə istifadəyə verilmiş və ümumi sahəsi 1252 kvadratmetr olan bu müəssisədə müxtəlif növ xalçalar hazırlanır. Bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça-satış salonu və digər bölmələrdən ibarətdir. Burada müxtəlif ölçülü 43 ədəd dəzgah fəaliyyət göstərir.

Toxucular bu qədim sənəti yaşatmaq üçün əllərindən gələni etdiklərini deyirlər.

Horadiz, Şəmkir, Quba və Xaçmazda da bu cür müəssisələr istifadəyə verilib. İlin sonuna kimi əlavə olaraq 10 şəhər və rayonda belə filialların fəaliyyətə başlaması nəzərdə tutulub. Bu müəssisələri materialla təmin etmək üçün isə Sumqayıt Kimya Sənaye Parkında "Yunəyirici - boyaq" fabrikinin və 5 regional yun və boyaq tədarükü məntəqəsinin inşası davam etdirilir.

Xəbər lenti