Lənkəranda yaşayan 16 yaşlı yeniyetmə eşitdiyisözləri tərsinə deyir. O, bu qabiliyyətini öz adını tərsinə söyləməklə kəşf edib. Yeniyetmə həmçinin, tərsinə deyilən sözləri çevirərək düzgün tələffüz etməyi də bacarır.
İstənilən sözü tərsinə deyə bilir.
Lənkəranda yaşayan 16 yaşlı Sənan Tağıyev eşitdiyi bütün sözləri tərsinə demək qabiliyyətinə malikdir. Yeniyetmə ilk dəfə öz adını tərsinə deyərək özünü yoxlayıb. Sonra isə müxtəlif məşqlər sayəsində bu qabiliyyətini inkişaf etdirib.
İndi o, eşitdiyi istənilən sözü tərsinə deyir.
Sənan Tağıyev cümlələri də tərsinə söyləyə bilir. Bunun üçünsə, əksər hallarda yazaraq tərsinə oxuyur. Bu cür danışmağı o, sinif yoldaşlarına öyrətməyə çalışsa da, nəticəsi olmayıb. Sənanın daha bir qabiliyyəti tərsinə deyilən sözləri çevirərək düzgün tələffüz etməsidir.
Sənan gələcəkdə Lənkəran haqqında kitab yazmağı planlaşdırır. Həmin kitab digərlərindən tamamilə fərqlənəcək. Çünki, bu kitabının içərisindəki sözlər tərsinə olacaq.