Bakıdanarkotik maddə və spirtli içkinin təsiri altında avtoxuliqanlıq edən sürücü saxlanılıb.Polis həmin şəxsisüni maneə yaradaraq tutub. Sürücü həbs olunub.
Narkotik maddənin təsiri altında və sərxoş vəziyyətdə avtoxuliqanlıq edən sürücü tutulub.
''99-KG- 860'' dövlət nömrə nişanlı avtomoblin sürücüsü Əhməd Cavad küçəsində yolun əks istiqamətində hərəkət edib. Eyni zamanda Azərbaycan prospektində avtomobilin səsboğucusuna müdaxilə edərək xorultulu səslə gecə vaxtı əhalinin rahatlığı pozub. Sürücü Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşlarının dəfələrlə ''saxla'' işarəsinə tabe olmayıb. O, yolda bir neçə dəfə də avtoxuliqanlıq hərəkətləri edərək polisdən qaçmaq istəyib. Yol polisi uzun təqibdən sonra süni maneə yaradaraq sürücünü Bəbək prospektində saxlaya bilib.
Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif əsədov bildirib ki, sürücü, Tərtər rayon sakini HasilAbdullazadənarkotik vasitələrin təsiri altında, eyni zamanda sərxoş vəziyyətdə avtomobil idarə edib. Müayinə zamanı həkim də onun sərxoş olduğunu təsdiq edib.
Sürücü barəsində toplanmış materiallar Səbail rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə HasilAbdullazadə 1 ay müddətinə inzibati qaydada həbs edilib, sürücülük hüququ isə 1 il müdətində məhdudlaşdırılıb.