Xəzər Xəbər

Azərbaycanda tələbələrə kredit veriləcək - İdris İsayev "XəzərXəbər"ə açıqladı - VİDEO

Veb TV | 19:44 • 4 May 2019
Azərbaycanda tələbələrə kredit veriləcək -

Bir müddətdir ki, tələbələrə təhsil kreditlərinin verilməsi gündəmdədir. Təhsil nazirinin müavini İdris İsayev Xəzər Xəbərə müsahibəsində bildirib ki, bu məsələ ilə bağlı işlər son mərhələdədir. Növbəti tədris ilindən kreditlərin verilməsi planlaşdırılır. Nazir müavini qeyd edib ki, dövlət sifarişli ixtisasların sayının artırılması da nəzərdə tutulub. Daha çox texniki ixtisasların sayının çoxaldılması gözlənilir.

Növbəti tədris ilindən tələbə kreditlərinin verilməsi planlaşdırılır.Təhsil Nazirinin müavini İdris İsayev işlərin son mərhələdə olduğunu bildirib.

İdris İsayev dövlət sifarişli ixtisasların sayının artırılacağını söyləyib. Qeyd edib ki, say artımı sənayenin inkişafı ilə bağlı daha çox texniki ixtisaslarda müşahidə ediləcək.

Nazir müavini növbəti tədris ilindən başlayaraq ali və orta ixtisas məktəblərində I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanlari məhdud 18 yaşınadək usaqlarin təhsil haqqı xərclərinin ödənilməsindən də danışıb. Bildirib ki, dövlət başçısının sərəncamı ilə əlil tələbələrin maddi vəziyyəti yaxşılaşacaq.

İdris İsayev qeyd edib ki, hər sahədə olduğu kimi təhsil sahəsində də islahatlar davam etdiriləcək.

Xəbər lenti

Çox oxunanlar