Beyləqanda tezyetişən soğanın yığımına başlanılıb. Məhsulun bir kiloqramı 12-13 qəpiyə qədər enib. Lakin bu qiymətə də alıcı tapılmadığından tonlarla soğan sahələrdə qalıb.
Tonlarla soğan sahələrdə qalıb.
Bu il Beyləqanın Türklər kəndində 500 hektara yaxın ərazidə soğan əkilib. Hazırda sahələrdə tezyetişən soğan toplanılır. Lakin bir müddət əvvəl yüksək qiymətə satılan məhsulun 33-35 kiloqramlıq kisəsi 4-5 manata təklif edilir.
Qiymətin bu qədər aşağı olmasına baxmayaraq, alıcı da tapılmır. Bu səbəbdən də tonlarla soğan sahələrdə qalıb. Fermerlərin sözlərinə görə, soğan yığıldıqdan sonranövbəliolaraq pambıq əkməyi planlaşdırıblar. Məhsulun satılmaması digər əkinləri də gecikdirir.
Fermerlər deyirlər ki, soğanı xarici bazara çıxarmaqla bu problemdən qurtulmaq olar.