Xeyli müddətdir ki, durğunluq yaşanan torpaq bazarında canlanma var. Aktivlik əsasən bakıətrafıərazilərdə müşahidə edilir. Əmlak ekspertləri isə bildirirlər ki, bu canlanma mövsümi xarakter daşıyır. Vətəndaşlar daha çox fərdi evlər tikmək üçün torpaq almağa üstünlük verirlər.
Torpaq bazarında canlanma müşahidə edilir.
Bir müddətdir ki, durğunluq yaşanan torpaq bazarında yenidən canlanma var. Bu aktivlik təxminən 10 faiz civarındadır. Canlanma əsasən Bakıətrafı ərazilərdə, fərdi yaşayış evlərinin tikintisi üçün əlverişli olan yerlərdə özünü göstərir.
Əmlak eksperti Ramil Osmanlının fikrincə, torpaq bazarındakı bu canlanma mövsümi xarakter daşıyır.Qiymətlərdə isə artım müşahidə edilir
Ramil Osmanlı deyir ki, aktivlik nisbi olduğuna görə qiymətlərə təsir göstərmir. Yəni, qiymətlər əvvəlki səviyyədə qalıb. Bağ sahələri üçün nəəzərdə tutulantorpaqlarda da artım hiss olunmur. Aktivliyin iyul ayına qədər davam edəcəyi gözlənilir. Qiymət artımının olub-olmayacağı isə qarşıdakı aylarda torpağa olan tələbatdan asılıdır.