Xəzər Xəbər

11 ayın sultanı gəlir - Kimlər oruc tuta bilməz? - VİDEO

Veb TV | 19:58 • 4 May 2019
11 ayın sultanı gəlir -

Artıq 11 ayın sultanı ramazan ayının başlamasına sayılı günlər qalıb. Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini orucluqla bağlı bəzi məsləhətlər verib. Kimlər oruc tutmaya bilər, süjetimizdən öyrənin.

Ramazan savab, ramazan şəfqət ayıdır. Bu ayda mədə dincəlir, ruh qidalanır...

Ramazan ayı insanlara allahı sevmək prinsiplərini öyrədir, onlara öz iradə qüvvələrini, dözümlülüyünü yoxlamağa imkan verir.

Mayın 6-dan müqəddəs Ramazan ayı başlayır. 11 ayın sultanı olan bu ayda oruc tutmaq hər bir müsəlmanın borcudur. İlahiyyatçılar deyirlər ki, Ramazan ayı insanın həm fiziki, həm də mənəvi paklıq ayı hesab edilir. Oruc tutmaq hər bir müsəlmanın üzərinə vəzifə kimi qoyulsa da, bəzi kateqoriyadan olan şəxslər oruc tutmaya bilərlər.

Bununla bərabər oruc tuta bilməyən şəxslər bunun yerinə acları doyurub, kasıb insanlara firtə verərək savab əməl görə bilərlər.

Bundan başqa, həddi-büluğa çatmayan uşaqlara da oruc tutmaq fərz hesab olunmur. Rahatlıq dini olan islamda hansısa işlə əlaqədar qonaq kimi uzaq səfərə gedən şəxslər də səfər bitənədək oruc tutmaya bilər. Ancaq onlar geri qayıtdıqdan sonra oruc tutmağa davam etməli və tutmadıqları oruclarınqəzasını tutmalıdırlar.

Xəbər lenti