ABŞ-da İllinois əyalətində kimyəvi maddələrin istehsal edildiyi fabrikdə güclü partlayış baş verib.
Hadisə nəticəsində 4 nəfər yaralanıb.
Partlayış silikon məhsullar istehsal edən "AB Speciality Silicone” şirkətinin istehsalat müəssisələrindən birində olub. Təcili yardım xidmətindən hadisə zamanı müəssisədə neçə nəfərin olması barədə dəqiq informasiya olmadığı bildirilib.
Partlayış anı ətrafdakı evlərdən birindən çəkilib. Hadisənin baş vermə səbəbi araşdırılır./publika.az