Türkiyənin Tokat vilayətinində ağır yol qəzası baş verib.
Hadisə Rəşadiyə mahalında qeydə alınıb.
Güvəndik kəndindəki yas mərasimindən qayıdan şəxsləri daşıyan Küçükçekmece bələdiyyəsinə aid avtobusun aşması nəticəsində 7 nəfər ölüb, 30-ü isə xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır./publika.az