ABŞ-ın Florida ştatının Ceksonvill şəhərində "Boeing 737" tipli sərnişin təyyarəsi çaya düşüb.
"RİA-Novosti” agentliyi xəbər verir ki, bu haqda şəhərin meri Lenni Kerri bildirib.
"Yanğınsöndürənlər mənə məlumat verdilər, onlar hadisə yerindədirlər”, - o deyib.
Şəhər şerifİ təyyarənin fotosunu yayıb və bildirib ki, bütün sərnişinlər sağdır. CNN telekanalının məlumatına görə, "Miami Air” şirkətinə məxsus layner uçuş-enmə zolağından çıxıb. Onun göyərtəsində 136 nəfər var.
Təyyarə Quantanamoda yerləşən ABŞ-ın hərbi dəniz bazasından çarter reysi ilə uçurdu./publika.az