Qaz təchizatı üzrə abonentlərdən daxil olan müraciətlərin operativ həlli ilə bağlı işçi qrup yaradılıb.
Xezerxeber.az-ın məlumatına görə, bunu "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında bildirdiyi iradların aradan qaldırılması istiqamətində görüləcək işlərlə bağlı keçirdiyi iclasda deyib.
Onun sözlərinə görə, qaz təchizatı üzrə abonentlərdən daxil olan müraciətlərin obyektiv araşdırılması və həlli ilə bağlı "Azəriqaz" İstehsalat Birliyi və Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nümayəndələrinin iştirakı ilə işçi qrup yaradılıb.
Əkbər Hacıyev qanunları pozan qurum əməkdaşlarının cəzalandırılacağını bildirib.
İstismar müddətini başa vuran qaz tənzimləyici avadanlıqlar, qurğular, qaz xətləri yeniləri ilə əvəzlənəcək. Artan qaz tələbatı ilə əlaqədar kiçik diametrli boruların böyük diametrli, müasir standartlara cavab verən polietilen yeraltı qaz xətləri ilə əvəz olunması planlaşdırlır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: