İsmayıllıda it öz sahibinə hücum edərək dişləyib.
Xezerxeber.az-ın məlumatına görə, hadisə rayonun Mulux kəndində qeydə alınıb.
Kənd sakini, 63 yaşlı Tahir Baxışovun həyətində bəslədiyi it qəflətən zənciri qıraraq onun qızına hücum edib. Köməyə gələn Tahir Baxışov iti qızından kənarlaşdıran zaman özü də itin hücümüna məruz qalıb. İt qıza yüngül, atasına isə ağır bədən xəsarətləri yetirib.
Tahir Baxışov əl və ayağından ağır xəsarətlərlə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Tahir Baxışov hadisə barədə məlumat verib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: